Ekoloji problem kimi aktual olan su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı vaxtaşırı olaraq tədbirlərin həyata keçirilməsi Sumqayıt şəhər Təhsil Şöbəsinin diqqətində olmuşdur. Belə ki, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” na uyğun olaraq 2020-2021-ci tədris ili ərzində Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 3, 4, 8, 10, 12, 19 və 22 nömrəli tam orta məktəblərdə "Su ehtiyatlarından səmərəli istifadə", "Su həyat mənbəyidir!", "Su ehtiyatlarının idarə olunması" mövzularında maarifləndirici əyani və onlayn tədbirlər keçirilib.
Tədbirdə şagirdlər və biologiya müəllimləri iştirak edib. 10 nömrəli tam orta məktəbin müəllimi Babayeva Vəsilə dünyada şirin su ehtiyatlarının azalması fonunda sudan səmərəli istifadənin vacibliyini vurğulayıb. Həmçinin son dövrlərdə bu sahədə aparılan maarifləndirmə işinin böyük əhəmiyyəti qeyd edilib. İstifadə etdiyimiz suyun miqdarının azalmasının təkcə dövlətdən deyil, eləcə də hər birimizdən aslı olduğu iştirakçıların nəzərinə çatdırılıb.
Sonda şagirdlər suyun həm dünyamız, həm təbiətimiz üçün mühüm rolunu hazırladıqları maraqlı videoçarxlarda göstəriblər.
Qeyd edək ki, bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni mexanizmlər yaradılıb, həmçinin iri layihələr icra olunub.