02.07.2021

Rəsm Müsabiqəsindən qızıl və gümüş medal

13 aprel-15 iyun 2021-ci il tarixində 3-8, 9-16 yaş qrupu üzrə Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə “ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi keçirilib. Qaliblər 30 iyun tarixində elan olunub.

 

Müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən qeyd edilən yaş qrupu üzrə dərnək üzvləri qatılıb. İştirakçılar müxtəlif boya növü və rəsm texnikasından istifadə edərək əl işlərindən ibarət rəsmləri müsabiqəyə təqdim ediblər.

 

Yarışmaya respublika üzrə 1000 nəfər iştirakçı qatılıb. Onlar içərisində Sumqayıt şəhəri üzrə 9-16 yaş qrupunda 2 nəfər şagirdimiz I və II yerlərin sahibi olub.

I yer-Aslanlı Elmir, 23 nömrəli tam orta məktəb.

II yer-Aydəmirova Aytac, 16 nömrəli tam orta məktəb.

 

Qaliblərə pul mükafatı və Olimpiya Komitəsinin sertifiaktı təqdim olunub.