25.06.2021

26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsm sərgisi keçirilib

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 26 İyun-  Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsm sərgisi keçirilib.

Sərgidə Mərkəzin rəhbərliyi, dərnək üzvləri, Təhsil Şöbəsinin nümayəndəsi, 23 nömrəli tam orta məktəbin rəhbər heyəti, eləcə də digər qonaqlar iştirak edib.

İnkişaf Mərkəzinin dərnək üzvü Aslanlı Elmir Ali Baş Komandan, Prezident İlham Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu, general Mustafa Kamal Atatürk, Milli Qəhrəman Əliyar Əliyev, şəhid polkovnik İlqar Mirzəyev, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Bərxudarov, Vətən müharibəsi şəhidi Xalid Orucovun portretlərini çəkərək açıq havada nümayiş etdirib.

Tədbirdə “Musiqisevərlər” dərnəyi milli rəqsdə ifa ediblər. “Teatr”, həmçinin “Ekologiya və biz” dərnəyinin üzvləri maraqlı kompozisiyalar hazırlayıblar.


Açar sözlər: ,