“Sabahın alimləri” X respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıt şəhər Təhsil Şöbəsində xüsusi karantin rejiminin müvafiq qaydalarına uyğun olaraq Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Metodkabinetin direktoru Gülbahar Haqverdiyevanın iştirakı ilə “Sabahın alimləri” X respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə müsabiqədə qalib gələn IX-XI sinif sinif şagirdləri və onların müəllimləri iştirak edib. Uğur qazanan şagirdlərə planşet, qol saatı və digər qiymətli hədiyyələr, eləcə də fəxri fərmanlar təqdim olunub. Müəllimləri isə fəxri fərmanla tətif olunub.
Xatırladaq ki, I yerə Tibb və sağlamlıq üzrə 11 nömrəli tam orta məktəb, ekologiya, ətraf mühitin idarə olunması üzrə Təbiət elmləri təmayüllü gimnaziya II yerə Mühəndislik və kompüter elmləri üzrə 11 nömrəli tam orta məktəb, fizika,astronomiya və kimya üzrə Təbiət elmləri təmayüllü gimnaziya, ekologiya,ətraf mühitin idarə olunması üzrə Təfəkkür liseyi III yerə Kimya üzrə 11 və 23 nömrəli tam orta məktəb, mühəndislik üzrə 27 nömrəli tam orta məktəb, ekologiya, ətraf mühitin idarə olunması üzrə İstedad liseyi, kompüter elmləri üzrə Təbiət elmləri təmayüllü gimnaziya layiq görülüb.
Qeyd edək ki, 11 nömrəli tam orta məktəbdən 1ci yerin qalibləri- Məmmədzadə Murad və Kərimli Banuçiçək Amerika Birləşmiş Ştatlarında İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcəklər.
23 nömrəli tam orta məktəbdən isə fizika fənni üzrə şagirdlərimiz ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin Xüsusi Mükafatına layiq görülüb.
Sonda müdir Arzu Alızadə qalibləri və pedaqoji heyəti təbrik edərək Sumqayıt təhsilində uğurlarına görə onlara təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzu edib.