21.06.2021

Sumqayıt məktəblərində “Yay məktəbi” ilə tanışlıq

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və aparıcı məsləhətçisi Reyhanə Rüstəmova Sumayıt şəhər 9 və 25 nömrəli tam orta məktəblərdə “Yay məktəbi” ndə keçirilən məşğələlər ilə tanış olub.

İcitmaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov şagirdlərlə sual-cavab edərək onların “Yay məktəbi” haqda fikirləri ilə tanış olub.

Şagirdlər sulu boyalarla rəsmlər çəkərək əl işlərini nümayiş ediblər. Həmçinin açıq havada müxtəlif idman oyunları oynayıblar. Qonaqlar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, biologiya və s fənlər üzrə keçirilən dərslərlə tanış olub.

Qonaq qismində Sumqayıt şəhər 15 nöməli tam orta məktəbin məzunu, IBO Challenge 2020-nin qızıl medalçısı, eləcə də Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə 1-ci yerin qalibi Mətin Muradlı da iştirak edib. O, məktəblilərə fənn olimpiadasında qazandığı uğurdan və qalibiyyətə aparan yoldan bəhs edərək, onlara öz tövsiyələrini verib. Həmçinin digər qonaq Baqlans (Buglange) şirkətinin rəhbəri, innovativ təşəbbüskar Toğrul Səməd şagirdlərlə səmimi söhbət edərək onların gələcəyinə dair planları ilə tanış olub və özünün kariyera uğurlarını, təcrübələrini məktəblilərlə bölüşüb.


Açar sözlər: ,  ,