Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə Sumqayıt sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Videoqəbulda vətəndaşlar təhsil sahəsində onları narahat edən problemlər və qayğılarını bildiriblər. Bəzi məsələlər həll olunaraq vətəndaşlara həlli istiqamətində köməklik göstərilib, həmçinin məktəbəhazırlıq, birinci sinfə qəbul, rus bölməsi üzrə müsahibələr və digər məsələlər barəsində müraciət edən vətəndaşlara məlumat verilib.
Qeyd edək ki, videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir. Bununla yanaşı, Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edərək də qəbula yazılmaq mümkündür.