16.06.2021

“Yay məktəbi”

Məlum olduğu kimi, 16-30 iyun tarixlərində ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yay məktəbi” təşkil olunacaq. Sumqayıt şəhər ümumi təhsil məktəblərində İyun 16-dan “Yay məktəbi” nə start verilib.

Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyində faəliyyət göstərən ümumi təhsil müəssisələrində müxtəlif siniflər üzrə ilk dərslər keçirilib. 43 nömrəli tam orta məktəbin şagirdləri məşğələlərinə açıq havada başlayıblar.

Xatırladaq ki, “Yay məktəbi” nə I-X sinif şagirdləri dəvət olunur. I-IV siniflərdə məşğələlər tədris dili, xarici dil, riyaziyyat fənlərinə verilir. V-X siniflərdə isə məşğələlər tədris dili, xarici dil, riyaziyyat fənləri və ümumi təhsil rəhbərliyinin qərarı ilə digər 3 fənə verilir. Həmçinin “Yay məktəbi” ərzində ekuskursiyalar, muzey dərsləri açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlərin də həyata keçirilməsi nəzərdə tutulub. “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq olunan məktəblrdə isə ustad dərslərin keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,