14 iyun 2021-ci il tarixində Sumqayıt şəhər ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Müəssisələrdə bu tədbirlər xüsusi karantin rejiminin müvafiq qaydalarına uyğun olaraq baş tutub.
Tədbirlər Azərbaycan Respublikasının Himni ilə başlayıb. Çıxış edən müəssisə rəhbərləri, müəllimlər öz arzu və xoş diləklərini məzunlara çatdırıblar.
Məzunlar 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizə həsr olunmuş müxtəlif şeir və musiqilər səsləndiriblər.
Sonda “Son zəng” çalınaraq tədbirə yekun vurulub.