11.06.2021

Müsabiqədə qalib olan şagirdlərimiz mükafatlandırılıb

Sumqayıt Şəhər Təhsil Şöbəsində xüsusi karantin rejiminin müvafiq qaydalarına uyğun olaraq “Ən yaxşı təqdimat” müsabiqəsində yer tutan məktəblilər, eləcə də Şöbənin təşkilatçılığı ilə keçirilən “İşğal altında olan torpaqlarımızın florası və faunası” layihəsində yer tutan qaliblər mükafatlandırılıb.

Tədbirdə Təhsil Şöbəsinin rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Təhsil Şöbəsinin müdiri Arzu Alızadə çıxışında ulu öndər Heydər Əliyevin təhsil və elm sahəsininin inkişafında müstəsna rolundan bəhs edib.

Xatırladaq ki, “Ən yaxşı təqdimat” müsabiqəsi IX-XI sinifləri arasında təşkil olunub. Sumqayıt şəhər Təfəkkür liseyinin X sinif şagirdi Qurbanova Mehrəngiz Qurban qızı III dərəcəli diploma, 11 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abdullayeva Ülkər Ramin qızı həvəsləndirici diploma layiq görülüb.

Sonda “İşğal altında olan torpaqlarımızın florası və faunası” layihəsində yer tutan şagirdlər fəxri fərmanla təltif olunub. "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinə diplomlar, eləcə də hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,