Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi, 4,7,8,11,10,15,30,34,37 nömrəli tam orta məktəblərdə “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı” na uyğun olaraq “Narkomaniyaya yox deyək” , “Narkomaniya-əsrin bəlası”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbirlər keçirilib.
Görüşdə məktəb rəhbərliyi, narkomaniya ilə mübarizə sahəsi üzrə ekspert Emil Maqalov, direktor müavinləri, eləcə də psixoloqlar iştirak edib.
Tədbirdə psixoloqlar narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə tədbir iştirakçılarına məlumat veriblər. Şagirdlərin bu mövzuda suallarını cavablandıran ekspert E.Maqalov məktəblilərə tövsiyyələr verərək narkotik vasitələtrin ziyanını bir daha vurğulayıb. Həmçinin gənclərimizi və gələcəyimizi qorumaq üçün cəmiyyətimizdə maarifləndirmə işlərinin aparılmasının və bu sahədə gənc nəslin rolu qeyd edilib