08.06.2021

Riyaziyyat və Fizika fənn olimpiadalarından qızıl, gümüş və bürünc medal

Riyaziyyat və fizika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.

Ümumimilikdə 7 nəfər şagird Sumqayıt şəhəri üzrə adıçəkilən fənlər üzrə fənn olimpiadalarında qızıl, gümüş və bürünc medal qazanıblar. Belə ki, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyadan 6 nəfər, İstedad liseyindən isə 1 nəfər qalib olub.

Fizika fənni üzrə:

I yer (qızıl medal)- Bəşirov Murad və Yəhyzadə Sirac

II yer (gümüş medal)- Cəmaləddinli Cəmil 

III yer (bürünc medal)- Haqverdiyeva Aygün

Riyaziyyat fənni üzrə:

III yer (bürünc meda)-Əsgərzadə Ömər, Məlikov Ziya, Rəhimli Fərid


Açar sözlər: ,  ,  ,