07.06.2021

Sumqayıt məktəblilərindən növbəti uğur 

Kimya, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.

Nəticələrə əsasən, 9 nəfər Sumqayıt məktəblisi adıçəkilən fənlər üzrə qızıl, gümüş və bürünc medallar qazanıblar. Belə ki, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyadan 6 nəfər, 15 nömrəli tam orta məktəbdən 1 nəfər, 23 nömrəli tam orta məktəbdən 1 nəfər, 35 nömrəli tam orta məktəbdən isə 1 nəfər qalib olub.

Biologiya fənni üzrə:

I yer- Mətinli Murad, II yer-Əhmədzadə Estella, Cəfərli Cavid, III yer-Aslanlı Fidan, Qəhrəmanov Fərid

Kimya fənni üzrə:

II yer-Əlizadə Mustafa

İnformatika üzrə:

II yer- İsgəndərov Nadir, III yer- Mahmudov Ayxan, Zeynalov Ramil

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,