03.06.2021

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənn olimpiadalarının qalibləri

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub. Sumqayıt şəhəri üzrə 7 nəfər şagird adları qeyd edilən fənlər üzrə

üzrə RFO-nın qalibi olub. I yer-2 nəfər, II yer-1 nəfər, III yer-4 nəfər.

 

Azərbaycan dili və ədəbiyyat fənni üzrə

I yer- Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi, Niyazova Günel Amil qızı

II yer-21 nömrəli tam orta məktəb, Fuad Quliyev Anar oğlu

III yer-24 nömrəli tam orta məktəb, Mətanət Qafarlı Elçin qızı

 

Tarix fənni üzrə

I yer-2 nömrəli tam orta məktəb, İlyaslı Uğur Rəşad oğlu

III yer- İstedad liseyi, Rəvan Məmmədzadə Ələsgər oğlu və 2 nömrəli tam orta məktəb Fatimə Əsədzadə Zaur qızı

 

Coğrafiya fənni üzrə

III yer- Texniki və təbiət elmləri liseyi, Bəhruz Quluzadə Kərim oğlu

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,  ,