Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri elan edilib. Nəticələrə əsasən, iştirakçılardan 60 nəfər qalib elan edilib.
Sumqayıt şəhərindən 4 nəfər şagird uğur qazanaraq II və III yerlərrdə qərarlaşıblar. Onlardan 2-si Təbiət elmləri təmayüllü gimnaziyanın, digərləri isə 11 və 23 nömrəli tam orta məktəblərin şagirdidir.
II yer- 3 nəfər
III yer-1 nəfər
Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.