Ölkə üzrə VI-VII sinif şagirdləri arasında keçirilən VI Məktəblilərarası Fənn Müsabiqələrinin qalibləri məlum olub.
Sumqayıt şəhəri üzrə 26 nəfər şagird uğur qazanaraq I, II, III yerlərdə qərarlaşıblar. Onlardan 16-sı Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın payına düşür. Həmçinin İstedad, Təfəkkür, Texniki və təbiət elmləri liseyi, 16, 23, 28 və 33 nömrəli tam orta məktəblərin şagirdləri qaliblər sırasındadır.
I yer-8 nəfər
II yer-10 nəfər
III yer-8 nəfər
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.