01.06.2021

"Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinin mükafatlandırma mərasimi

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi yekunlaşıb.

 

Türkiyənin Azərbaycandakı Səfirliyində açıq havada təşkil olunan mükafatlandırma mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Baş prokuror Kamran Əliyev və Türkiyə Cümhuriyyətinin Baş prokuroru Bəkir Şahin, eləcə də Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edib.

 

Nəticələrə əsasən, 50 ən yaxşı şeirlər seçilib. Azərbaycan və Türkiyədən olan IX-XII sinif şagirdləri arasında təşkil olunan müsabiqədə Sumqayıt məktəbliləri uğur qazanaraq ilk 50-də müxtəlif yerlər tutublar. Müsabiqənin şərtlərinə əsasən, ilk əllilikdə yer tutanlara hədiyyələr təqdim olunub.

 

İlk 50-də yer tutanlar:

Sumqayıt şəhər İstedad liseyi- Mətin Əlizamanlı, Nəzrin Nadirli, Nuray Məmmədli

Təbiət elmləri təmayüllü gimnaziya-Lalə Zeynalova

11 nömrəli tam orta məktəb- Ayan Əhmədli

16 nömrəli tam orta məktəb-Nuray Məlikzadə

19 nömrəli tam orta məktəb-Aydan Əhmədzadə

23 nömrəli tam orta məktəb- Nurlan Zeynallı


Açar sözlər: ,  ,