Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 15 ümumi təhsil müəssisəsində PIRLS (beynəlxalq qiymətləndirmə) keçirilir.
Abşeron rayonu, Bakı, Gəncə şəhərləri ilə yanaşı Sumqayıtda keçirilən qiymətləndirmə 20 may-11 iyun tarixlərini əhatə edir.
Qeyd edək ki, PIRLS-Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında (Progress in İnternational Reading Literacy Study) hər 5 ildən bir dördüncü sinif şagirdləri arasında keçirilir. Bu tədqiqatın əsas məqsədi IV sinif şagirdlərinin oxu bacarıqlarının inkişaf etdirilməsi və nəticələrinin digər ölkələrlə müqayisə olunmasıdır.