31.05.2021

“İnsan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda onlayn tədbirlər keçirilib

Sumqayıt şəhər ümumi təhsil müəssisələrində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” na uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda maarifləndirici onlayn tədbirlər keçirilib.

 

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, müəllim və şagirdlər iştirak edib.

 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007 ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə insan hüquqları kimi qeyd edildiyi iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi olduğu qeyd edilib. Belə ki, onlayn görüşdə Azərbaycan Respublikasında 1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının əks etdirildiyi Konstitusiyamızın qəbul olunması bu sahədə atılan ən önəmli addımlardan biri olması vurğulanıb.

 

Hal-hazırda dövlətimizdə insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi qeyd edilib.

 

Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,