Sumqayıt şəhər ümumi təhsil müəssisələrində 28 May- Respublika Günü ilə bağlı tədbirlər keçirilib.
Tədbirdə əvvəlcə şagirdlər Azərbaycan Respublikasının himnini səsləndiriblər. Daha sonra onlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, Cümhuriyyətin baniləri, keçdiyi şərəfli tarix yolu, eləcə də fəaliyyəti dövründə həyata keçirilən islahatlar haqda geniş məlumat veriblər. Həmçinin AXC-nin yaradılması ilə Şərqdə ilk parlamentli Respublika əsasının qoyulması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Müəllimlər Respublika dövründə qəbul olunan 6 maddədən ibarət olan “İstiqlal Bəyannaməsi” nin qəbul olunmasını AXC-nin türk-müsəlman dünyasında hüquqi, demokratik, eləcə də dünyəvi dövlət kimi tanınması sahəsində atılan böyük bir addım kimi vurğulayıblar.
Məktəblilər Cümhuriyyət dövrünə, eləcə də müstəqil Azərbaycan Respublikasına aid şeirlər, musiqilər səsləndiriblər.