19.05.2021

Sumqayıt şəhər ümumtəhsil məktəblərində xüsusi karantin rejimin müvafiq qaydalarına riayət edilir

Məlum olduğu kimi, mayın 17-dən etibarən bəzi bölgələrdə, eləcə də Sumqayıt şəhər təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.

Sumqayıt şəhərində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil edilir.

Bundan başqa, ,Sumqayıt şəhərində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa edilib.

Qeyd edək ki, Sumqayıtda yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılır.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq müəllim və şagirdlərin təhsil müəssisələrinə daxil olan zaman hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur. Sinif otaqlarında partalararası məsafə gözlənilir. Dərslərdən əvvəl və sonra otaqlar, dəhlizlər dezinfeksiya edilir.


Açar sözlər: ,  ,