Ulu öndər Heydər Əliyevin zəngin siyası irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə ümumtəhsil məktəblərin şagirdləri arasında dahi liderin anadan olmasının 98-ci ildönümü münasibətilə ““Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqə 2 mərhələdə və video formatında təşkil olunub.
May 7-də Təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn platformada görüş keçirib. Müsabiqənin nəticələrinə əsasən, 6 nəfər 1, 10 nəfər 2, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb. Sumqayıt şəhər Təfəkkür liseyinin X sinif şagirdi Qurbanova Mehrəngiz Qurban qızı Cənab nazir tərəfindən III dərəcəli diplomla, 11 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abdullayeva Ülkər Ramin qızı həvəsləndirici tərifnamə ilə təltif olunub.
Təbrik edirik!