08.05.2021

“9 May faşizm üzərində Qələbə Günü” nə həsr olunmuş onlayn tədbir keçirilib

Sumqayıt şəhər 4 və 41 nömrəli tam orta məktəblərdə "9 May faşizm üzərində Qələbə Günü” ilə bağlı onlayn tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları,  I və II Qarabağ müharibəsinin iştirakçıları- qazi, tabor komandirləri- Zahir Həsənov, Fəxrəddin Səfərov və könüllü əsgər, qazi Nurlan Məmmədov, eləcə də məktəbin müəllimləri və şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik hislərinin aşılanması və Vətən müharibəsi iştirakçılarının gənc nəsilə dərindən tanıtmaqdır.

Onlayn keçirilən görüşdə müəllimlər iştirakçılara “9 May-Qələbə Günü” nün tarixi haqda geniş məlumat veriblər. Həmçinin bu müharibə zamanı Azərbaycan xalqının arxa və ön cəbhədə göstərdikləri böyük qəhrəmanlıq və şücaət nümunələrindən, 600 minə yaxın azərbaycanlı qız və oğlanların cəbhəyə yollanmasından bəhs edilib. Müharibə illərində 130-dan çox vətəndaşımızın Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi vurğulanıb.

Tədbirdə Qazilərimiz F.Səfərov və Z.Həsənov eləcə də, N.Məmmədov şagirdlərə müharibə xatirələrindən, erməni faşizmi üzərində əldə edilən qələbədən, keçdikləri qürürlu döyüş yolundan danışıblar və iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Belə tədbirlərin keçirilməsinin böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rolunun olduğu qeyd edilib.

Sonda Böyük Vətən müharibəsi veteranlarının əziz xatirəsi yad edilib.


Açar sözlər: