Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin şagirdləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçirilir.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, istedadı və xüsusi təfəkkürü ilə fərqlənən məktəblilərin aşkara çıxarılması, elcədə də onların fənlərə və elmə olan marağını artırmaqdan ibarətdir.
Olimpiadada 900-ə yaxın Sumqayıt məktəblisi iştirak edir. İki mərhələdə təşkil olunan olimpiadanın 1-ci mərhələsində şagirdlər 30 test sualı cavablandıracaq. Olimpiada 10:00-da başlayacaq və 12:00-da bitəcək.
Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
May ayının sonunda keçirilməsi nəzərdə tutulan final turunun nəticələri bəlli olduqdan sonra olimpiada qalibləri mükafatlandırılacaq.