05.05.2021

“Milli dəyərlərimiz-ornamentlər” adlı rəsm müsabiqəsinin qalibləri

Təhsil Naizrliyinin dəstəyi və Gənclərin Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Milli dəyərlərimiz-ornamentlər” adlı onlayn respublika rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsili milli- mənəvi və ümumbəşəri dəyərlərə hömrət ruhunda tərbiyə etmək, adət-ənənələrimizin qorunub saxlanılması, eləcə də uşaqların bədii yaradıclıq qabiliyyətlərinin təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

Yarışma 3 yaş qrupu üzrə: 6-10,11-15,16-20 üzrə 2 mərhələdə keçirilib. 1-ci mərhələdə rəsm işləri hazırlanıb və dəyərləndirilib. Növbəti turda qaliblər müəyyən olunub.

Sumqayıt şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri müxtəlif yaş qrupu üzrə I və III yerlərə layiq görülüb.

I yer- 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü-İsmayılova Xədicə (11-15 yaş).

III yer-1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri -Aslanova Kübra (11-15 yaş) və Cabbarzadə Altay (6-10 yaş).