Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 22 fevral-22 aprel tarixlərində “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabqiəsi keçirilib.
Müsabiqə 3 yaş qrupu üzrə: 8-10,11-14,15-17 üzrə ümumtəhsil müəssisələrinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilib. Həmçinin yarışmaya rəsm və tətbiqi sənət sahələri üzrə müəllimlər də dəvət olunub.
Üç mərhələdə keçirilən müsabiqənin 1-ci mərhələsinə iştirakçılar əl işlərini hazırlayaraq 1 nominasiya üzrə qatılıblar. Növbəti turda iştirakçıların rəsm və əl işləri qiymətləndirilib. Sonuncu mərhələdə isə qaliblər müəyyənləşib.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müsabiqədə uğur qazanaraq 11-14 yaş üzrə 1 və 2-ci yerlərin qalibləri olublar.
I yer-Abdullayeva Ayan, əsərin adı: "Qarabağ abidələri"
II yer-Baxşəliyeva Nəzrin, əsərin adı: "Qubadlı körpüsü"
Qeyd edək ki, qatılan müəllimlər arasında Sumqayıt 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Baxşəliyeva Gülşən “Şuşa” əsəri ilə 2-ci yerin qalibi olub.