03.05.2021

“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı rəsm müsabiqəsi keçirilib

Məlum olduğu kimi, 2021-ci il dahi şair, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Cənab Prezidentin müvafiq Sərəncamına əsasən, “Nizami Gəncəvi İli” elan olunub. Buna uyğun olaraq Sumqayıt şəhər Təhsil Şöbəsinin dəstəyi, Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı rəsm müsabqiəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəsilə dahi şairin sənətinin dərindən tanıdılması, eləcə də onun irsinin tədqiq və təbliğ edilməsidir.

Yarışma 1 nöminasiya (rəsm nominasiyası) üzrə və 3 yaş qrupu daxil olmaqla keçirilib. 2 mərhələdə keçirilən müsabiqənin yekun mərhələsində münsiflər heyəti tərəfindən iştirakçıların əl işləri qiymətləndirilib. Hər üç yaş qrupu üzrə I,II,II yerlərin qalibləri seçilib.

I yerə müvafiq olaraq-7 nəfər, II yerə-4 nəfər, III yerə-6 nəfər layiq görülüb və Təhsil Şöbəsinin diplomu ilə təltif olunublar.


Açar sözlər: