26.04.2021

VI Respublika Fənn Müsabiqəsinin şəhər (rayon) mərhələsi keçirilir

2020-2021-ci il tədris ili üzrə 26 aprel tarixində VI Respublika Fənn Müsabiqələrinin 1-ci mərhələsinə start verilib.

VI siniflər aprelin 26-da riyaziyyat və informatika fənlərindən imtahan veriblər. VII siniflər isə aprelin 27-də kimya, biologiya və fizika fənləri üzrə müsabiqədə iştirak edəcəklər. Sumqayıt şəhəri üzrə 7 mərkəzdə-12,16, 22, 25, 28, 34 nömrəli tam orta məktəblərdə keçiriləcək müsabiqədə şəhərimizdən 1500-ə yaxın şagird iştirak edəcək. (28 nömrəli tam orta məktəbdə ikinci dəfə 27 aprel tarixində VII siniflər üçün keçiriləcək).

Sumqayıtda yerləşən məcburi koçkün məktəbləri, eləcə də özəl təhsil müəssisələrinin şagirdləri də bu müsabiqəyə cəlb edilib.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdləri gələcəkdə Beynəlxalq Olimpiadalara erkən hazırlamaq, istedadlı şagirdlərin aşkar olunması, həmçinin onların fənlərə olan marağının artırılmasıdır.


Açar sözlər: ,  ,