22.04.2021

Etwinning çərçivəsində “Media savadlılığı” mövzusunda videomüsabiqə keçirilib

Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdləri etwinning çərçivəsində “Media Savadlılığı” videomüsabiqəsinə qatılıblar.

Eyni məktəbdən komanda şəklində 3 nəfər olmaqla Sumqayıt məktəbliləri qeyd edilən mövzuda ingilis dilində videoroliklər hazırlayıblar.

Müsabiqə iştirakçıları 4 mövzu-“Feyk xəbərlərin müəyyən edilməsi”, “Dezinformasiyanın qarşısının alınması”, “Etibarlı mənbənin tapılması”, “Xəbər başlığı ilə mətn tərkibi arasındakı uyğunsuzluq”- ətrafında qısa videoçarxlar ərsəyə gətiriblər. Sumqayıtı təmsil edən şagirdlər öz işlərini “Feyk xəbərlərin müəyyən edilməsi” başlığı altında təqdim ediblər. Onlar hazırladıqları videolarda informasiyanın insan həyatında rolunu, məlumat ötürərkən diqqətli olmağı, eləcə də feyk xəbərlərin əsas mənbəyindən birinin sosial şəbəkə vasitələri olduğunu qeyd ediblər.

Təfəkkür liseyi bu müsabiqədə uğur qazanaraq 3-cü yerin qalibi olub. Qalib komandalar aprel ayında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində təltif olunub və onlara sertifikatlar, eləcə də digər xüsusi mükafatlar təqdim olunub.


Açar sözlər: ,  ,