Sumqayıt şəhər Təhsil Şöbəsi və ümumi təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Qarabağın təbiət aləmini gənc nəsilə ətraflı tanıtmaq məqsədilə ETwinning çərçivəsində “Qarabağın flora və faunası” adlı onlayn tədbir keçirilib.
Görüşdə Təhsil Şöbəsinin əməkdaşı, 24,25,26,39 nömrəli tam orta məktəblər, Təfəkkür, Texniki və təbiət elmləri liseyi, eləcə də Ceyranbatan qəsəbəsi 1nömrəli tam orta məktəb iştirak edib.
Tədbirdə hər bir məktəb Qarabağ bölgəsinə daxil olan rayon və şəhərlərin flora və faunası haqqında təqdimat hazırlayıb. Şagirdlər gözəl təbiəti, səfalı yerləri olan Qarabağ ərazisində-Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Şuşa, Ağdam və digər rayonlarımızda yaşayan iribuynuzlu heyvanlar-qonur ayı, çöl donuzu, dağ keçiisi, qırqovul, turac, pələng və s canlılar haqda məlumat verib. Tədbir zamanı Kəlbəcərdə yerləşən məşhur müalicəvi İstisu sanatoriyasının maketinin nümayişi iştirakçıların böyük marağına səbəb olub. Həmçinin məktəblilər rus və ingilis dillərində Kəlbəcərin təbiət və bitki aləmi, eləcə də Zəngilanın tarixi, düşmən qüvvələr tərəfindən dünyaca məşhur çinar meşəliklərinin məhv edilməsi haqda məlumat veriblər. Onlar hələ qədim zamanlardan ayıqulağı, palıd, vələs, qoz, xarıbülbül və s.müxtəlif bitki və ağacların bu torpaqlarda yetişdiyini vurğulayıblar. Həmçinin işğaldan azad edilmiş torpaqlarımıza ermənilərin tərəfindən vurulan maddi, mənəvi zərərlər, flora və faunasının məhv edilməsi, milli sərvətlərimizin talan edilməsi iştirakçıların nəzərinə çatdırılıb.
Onlayn görüşdə şagirdlər bu ərazidə yaşayan müxtəlif canlıların rəsimlərini təsvir edib və onların əl işləri tədbir iştirakçıları tərəfindən qiymətləndirilib. Həmçinin Qarabağa aid müxtəlif şeirlər və musiqilər səsləndirilib.
Sonda Alı Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində Qarabağda yenidənqurma işlərinin aparılacağı və bu zəngin tarixə malik torpağın tezliklə flora, faunasının yenidən bərpa ediləcəyi qeyd edilib.