11.03.2021

"Şanlı Ordumuzun Zəfər salnaməsi" adlı təqdimat müsabiqəsi 

Sumqayıt Şəhər Təhsil Şöbəsi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10 fevral-01 mart 2021-ci il tarixində "Şanlı Ordumuzun Zəfər salnaməsi" adlı təqdimat müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi, Ali Baş Komandan, Prezident cənab İlham Əliyein rəhbərliyi altında ölkəmizin apardığı Vətən müharibəsində tarix yazan Müzəffər Ordumuzun qələbəsini tərənnüm etmək, həmçinin məktəblilərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.

Onlayn keçirilən müsabiqədə şagirdlər 44 günlük Vətən müharibəsində şücaət göstərərək düşmənə qalib gələn əsgər və zabitlərimizin həyat yolu, eləcə də döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqda hazırladıqları təqdimatda geniş məlumat veriblər.

Müsabiqəyə 39 ümumi təhsil müəssisələri təqdimat hazırlayaraq qatılıb və I,II,III yerlərə layiq görülüblər.

I yer- 26 nömrəli tam orta məktəb

II yer- 25 nömrəli tam orta məktəb, Texniki və təbiət elmləri liseyi

III yer- 7, 10 və 27 nömrəli tam orta məktəb

Qaliblər Sumqayıt Şəhər Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif olunublar.

Uğur qazanan məktəb və şagirdləri təbrik edirik!


Açar sözlər: ,  ,