14.04.2021

ETwinning layihəsi çərçivəsində “Qədim Azərbaycan diyarı-Qubadlı” adlı onlayn tədbir keçirilib

Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, Təfəkkür liseyinin müəllim və rəhbərliyi, eləcə də şagirdlərin birgə iştirakı ilə “Qədim Azərbaycan diyarıı-Qubadlı” adlı onlayn tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi dövründə möhtəşəm Zəfərin qazanılmasında qəhrəmanlıq göstərmiş şəhid, qazi olmuş əsgər və zabitlərimizin gənc nəsilə dərindən tanıdılması, şagirdlərdə vətənpərvərlik hissinin artırılması və işğaldan azad edilmiş torpaqlarımızın coğrafi mövqeyi haqda ətraflı məlumat verməkdir.

Şagirdlər qədim Azərbaycan torpağı olan Qubadlının tarixi, orada yerləşən çoxillik tarixə malik olan abidələr haqda təqdimatlar hazırlayıblar. Onlar XIV əsrə aid olan Dəmirçilər türbəsi, Cavanşir türbəsi, V əsrə aid “Qalalı” qalası, XVII və XIX yüzillikdə əsası qoyulmuş Gürcülü türbəsi və Laləzar körpüsü, XIX əsrə aid məscidlər, bulaqlar, qədim yaşayış yerləri və sığanacaqlar haqda geniş məlumat veriblər.

Məktəblilər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazilərimizin həyat yolunu geniş şəkildə işıqlandırıb, onlar haqda şeirlər söyləyiblər. Belə ki, Milli Qəhrəman Əliyar Əliyev, Şükür Həmidov, Vətən müharibəsi qəhrəmanı Faiq Qasımov, Vüsal Allahverdiyev, eləcə də digər şəhid və qazillərimizin döyüşlərdə göstərdiyi şücaət, əzmkarlıq tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Müəllim və məktəb rəhbərliyi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı Vətən müharibəsi dövründə Müzəffər Ordumuzun düşmən üzərində qazandığı şanlı qələbənin gələcək nəslin vətənpərvərlik tərbiyəsində vacib rol oynadığını qeyd edib.

Sonda tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad ediblər.

 


Açar sözlər: ,  ,  ,