17.03.2021

“Ordum qürurumdur”adlı videoçarx müsabiqəsi

Sumqayıt Şəhər Təhsil Şöbəsi və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə 01-15 mart tarixində  "Ordum qürurumdur" adlı şagirdlər tərəfindən hazırlanan videoçarx müsabiqəsi təşkil olunub.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı Vətən müharibəsi dövründə tarix yazan Müzəffər ordumuzun qələbəsini tərənnüm etməkdir.

Müsabiqəyə 37 ümumi təhsil məktəbləri videoçarx hazırlayaraq qatılıb və I,II,III yerlərə layiq görülüblər.

I yer- 3, 23, 35 və 41 nömrəli tam orta məktəb

II yer- 29, 36 nömrəli tam orta məktəblər və İstedad, Təfəkkür liseyi

III yer-14, 25, 32 nömrəli tam orta məktəblər və Təbiət elmləri təmayüllü gimnaziya

Qalib məktəb və şagirdləri təbrik edirik!

 

 


Açar sözlər: ,  ,