09.04.2021

“Məktəbli xoru ifasında hərbi marşların” təqdimat müsabiqəsi 

Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığılı ilə Sumqayıt məktəbləri arasında “Məktəbli xoru ifasında hərbi marşların” təqdimat müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı öz yaradıcı təfəkkürü ilə tərənnüm edilməsi, bu istiqamətdə bacarıqların inkişaf etdirilməsi, eləcə də şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsindən ibarətdir.

Müsabiqəyə 30 ümumtəhsil müəssisəsi təqdimat hazırlayaraq qatılıb və 1,2 və 3-cü yerlərin qalibi olublar.

I yer-2,5,8,14 və 35 nömrəli tam orta məktəblər

II yer-9,12,25,36,41 nömrəli tam orta məktəblər

III yer-3,10,21,23,29 nömrəli tam orta məktəblər və Təbiət elmləri təmayüllü gimnaziya.

Həvəsləndirici yerlər-1,7,13,15,16,18,24,26,27,30,39,43, Təfəkkür, Texniki və təbiət elmləri liseyi.

 

 


Açar sözlər: ,  ,