Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 15 mart-02 aprel 2021-ci il tarixlərində “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsi” mövzusunda onlayn və əyani maarifləndirici tədbirlər keçirlib.
Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, məktəb rəhbərliyi və psixoloqlar iştirak edib.
Məktəb rəhbərliyi İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar ilə bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti inustutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsinin zəruriliyini qeyd edib.
Psixoloqlar məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər, şəxs üzərində qanunsuz biotədqiqatların aparılması və digər qeyri qanuni yollardan istifadə etməklə insanların zorakılığa məruz qalması haqda məlumat veriblər. Həmçinin insan alverindən zərəçəkmiş şəxslər və uşaqlar üçün xüsusi yardım mərkəzlərinin yaradılması, onların sosial reabilitasiyası, eləcə də cəmiyyətə reinteqrasiyası və normal həyat tərzinə qaytarılması yolları qeyd edilib. Xüsusilə bu zorakılığa məruz qalan uşaqların psixoloji vəziyyəti, onlaın hüquq və mənafelərinin müdafiəsinin vacibliyi vurğulanıb və bu sahədə cavabdeh qurumların vəzifələri iştirakçıların nəzərinə çatdırlıb.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırlıb.