24.03.2021

Direktorların işə qəbulu üzrə test imtahanları başa çatıb

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə ilk dəfə rekord sayda 2683 namizəd iştirak edib.

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim edilib. Namizədlər bütün mərkəzlərdə hər imtahan seansı başa çatdıqdan sonra 10 dəqiqə ərzində onlara təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar.

Xatırladaq ki, dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Sumqayıt şəhəri üzrə iştirak edən namizədlər arasında ən yüksək nəticəni 49 bal toplayaraq Təfəkkür liseyinin Tədris işləri üzrə direktor müavini Məmmədova Pərvanə Rövşən qızı göstərib. O, Sumqayıt üzrə 1-ci, Respublika üzrə 13-cü yer tutub.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.


Açar sözlər: ,  ,