18.03.2021

"Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda dəyirmi masalar keçirilib

Sumqayıt şəhər ümumi təhsil müəssisələrində “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda həm onlayn, həm də əyani maarifləndirici tədbirlər keçirilib.

Tədbirdə məktəblərin psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor-müavinləri, eləcə də valideynlər iştirak edib.

Onlayn keçirilən dəyirmi masalarda psixioloqlar erkən nikahın insan sağlamlığına və psixologiyasına vurduğu zərər və fəsadlardan danışıb, həmçinin erkən nikah nəticəsində ailə quran yeniyetmə, gənclərin sağlamlığında, eləcə də təhsil və gələcək həyatında yaranan problemlər və onların nəticələri tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Məktəb psixoloqları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri erkən yaşda nikaha məcbur edilməyin həm də hüquqi baxımdan məsuliyyət yaratması və bunun uşaq hüquqlarının pozulması halı kimi qeyd edib. Bu prosesdə ailə ilə yanaşı, təhsil müəssisələrinin də vacib rolu vurğulanıb və belə maarifləndirici tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulub.

Sonda mövzu ilə əlaqədar valideyn və şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,