16.02.2021

Respublika Fənn Olimpiadalarının şəhər turunun nəticələri elan edilib

 Şəhərimizin ümumtəhsil məktəblərinin şagirdləri ənənəvi olaraq bu il də şəhər turunda uğurlu nəticələrə imza atıb. Belə ki, şəhər turunda iştirak edən 1310 nəfər şagirddən 409 nəfəri, yəni iştirakçıların 31 faizindən də çoxu yarımfinal mərhələsinə yüksələ bilib. Yenə də ən yaxşı nəticə Təbiət elmləri təmayüllü gimnaziyaya məxsus olub. Belə ki, Gimnaziyannın olimpiadada iştirak edən 207 nəfər şagirdindən 121 nəfəri yarımfinala vəsiqə qazanıb. Həmçinin Texniki və təbiət elmləri liseyinin 35, İstedad liseynin 24, Təfəkkür liseyinin isə 23 şagirdi növbəti mərhələyə çıxıb. Digər ümumtəhsil məktəblərindən ən yaxşı nəticə 21 nömrəli tam orta məktəbdə olub. Bu məktəbin olimpiadada iştirak edən 31 şagirdindən 17 nəfəri yarımfinala yüksəlib.

Xatırladaq ki, 2020-2021-ci il tədris ili üçün Respublika Fənn Olimpiadalarına fevralın 10-da riyaziyyat və kimya fənləri üzrə start verilib. 11 fevral coğrafiya, biologiya, fizika, informatika, 12 fevralda isə Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə keçirilib.

Respublika Fənn Olimpiadalarının növbəti mərhələsinə vəsiqə qazanmış bütün şagirdləri təbrik edir və onlara yarımfinalda uğurlar arzulayırıq!


Açar sözlər: ,