Sumqayıt təhsil işçiləri tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olmuş əsgər və zabitlərin ailələri ziyarət olunub. Növbəti dəfə təhsil işçiləri şəhid ailələrinin evində olub. Onların qayğıları dinlənilib və müvafiq qurumlara çatdırılıb. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə düşmən üzərində qazanılan tarixi qələbədən və şəhidlərimizin qiymətli rolundan bəhs edib. Müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar diqqətə çatdırılıb.
Görüşdə dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə göstərilən qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həll olunması vurğulanıb. Qaldırılan məsələlər yerindəcə həll olunub.