Sumqayıt şəhər ümumtəhsil məktəblərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, publisist, ictimai-siyasi xadim, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" lar keçirilib.
Tədbirdə XIX əsrin sonu- XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqda geniş məlumat verilib.
Onlayn keçirilən “dəyirmi masa” lar da yazıçının bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai-siyasi fəaliyyəti və Azərbaycan ədəbiyyatında rolu, xidmətləri haqda da məlumat verilib. Yazıçının milli teatr tariximizdə özünəməxsus yeri, eləcə də, yazıçı-dramaturq olmaqla yanaşı, həm də bir rejissor, dirijor, tərcüməçi və ədəbiyyatşünas kimi tanınması vurğulanıb.
Ədibin zəngin və çoxsahəli ədəbi fəaliyyətinə diqqət yetirilib. Həmçinin şagirdlər Ə.B.Haqverdiyevin müxtəlif mövzulu hekayələrini, eləcə də, yazıçının əsrlərindən maraqlı epizodları səsləndiriblər.