12.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Yanvarın 12-də Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.

Ölkənin bütün şəhər və rayonlarında ümumilikdə 83 mərkəzdə təşkil edilmiş Respublika fənn olimpiadaları Sumqayıt şəhəri üzrə 11 və 12 nömrəli tam orta məktəblərdə keçirilib.

Bilik yarışının ilkin mərhələsində iştirak üçün ölkə üzrə müraciət edən təxminən 35 min şagirddən, 1200-dən çoxu Sumqayıt məktəblərindən olub.

Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.


Açar sözlər: ,