04.07.2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

    

    Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri bəlli olub.

    Müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayılıb. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlərin qalib gəlib.

    Beləki, müsabiqədə ümumi təhsil müəssisələri kateqoriyası üzrə Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin “Yapon mühəndisliyi” (GENESİS) – STEM in Action Akademiyası", Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək", Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin "Kodlaşdırma bacarıqlarının kiçik yaşlı şagirdlərə öyrədilməsi" və Sumqayıt şəhər Təfəkkür liseyinin "Dinlə - düşün - tətbiq et!" layihələri qalib olmuş 53 məktəblər arasında olub.

    Fərdi kateqoriya üzrə Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin müəllimi Leyla Məmmədovanın "Öyrənməyə əsaslanan çöl oyunları", 23 nömrəli tam orta məktəbin müəllimi İradə Həsənovanın "Biz həyata hazırlaşırıq!", Təbiət elmləri təmayüllü gimnaziyanın müəllimi Çinarə Məmmədovanın "Biologiya fənni üzrə Beynəlxalq Elm olimpiadalarına hazırlıq vəsaiti" layihələri qalib olmuş 115 layihə sırasında olub.

    Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkir olub.

    Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

    

    Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr haqqında məlumat

 

    Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr haqqında məlumat

 

 

    


Açar sözlər: ,  ,