25.04.2019

Şahmat üzrə “Məktəblərarası Respublika çempionatı”nın zona mərhələsi

    15-20 aprel tarixdə Quba şəhərində şahmat üzrə “Məktəblərarası Respublika çempionatı”nın zona mərhələsi keçirilib. Bu mərhələdə Sumqayıt şəhərini Texniki və təbiət elmlər liseyinin şagirdləri Nuray Əlizadə, Murad Tağızadə, Nuray Yarəliyeva, Mirəkbər Həşimzadə və Hüseyn Əhmədzadə təmsil edib. Gənc şahmatçılara liseyin fiziki tərbiyə müəllimi Yasəf Hüseynov rəhbərlik edib. 

    Altı gün davam edən gərgin idman mübarizəsində liseyin istedadlı şahmatçıları bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.

    Qarşıda şahmatçılarımızı Bakı şəhərində “Məktəblərarası Respublika çempionatı”nın final mərhələsi gözləyir.