28.03.2019

"Ən yaxşı təqdimat" müsabiqəsinin şəhər turu yekunlaşıb

        Sumqayıt Şəhər Təhsil Şöbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər turunun hər iki mərhələsi yekunlaşıb.

        Şəhər turunun I mərhələsi üzrə aşağıda adları çəkilən şagirdlər qalib olublar:

      Qasımova Tünzalə - 4 nömrəli tam orta məktəb, Rəşidova Turanə - 8 nömrəli tam orta məktəb, Şərəfxanlı Ərturqut - 11 nömrəli tam orta məktəb, Nağızadə Gülnaz - 12 nömrəli tam orta məktəb, Səmədova Zeynəb - 12 nömrəli tam orta məktəb, Əsgərxanov Ramazan - 18 nömrəli tam orta məktəb, Qasımzadə Nərmin - 22 nömrəli tam orta məktəb, Hüseyniova Ayla - 23 nömrəli tam orta məktəb, Alışov Tural - 26 nömrəli tam orta məktəb, Qurbanova Mehrəngiz - Təfəkkür liseyi, Məmmədova Arzu - Təbiət elmləri təmayüllü gimnaziya, Kərimli Bahar - Təbiət elmləri təmayüllü gimnaziya.

    Qeyd edək ki, Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Bahar Kərimli, Təfəkkür liseyinin IX sinif şagirdi Mehrəngiz Qurbanova, 11 nömrəli tam orta məktəbin X sinif şagirdi Ərturqut Şərəfxanlı və 18 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramazan Əsgərxanov şəhər turunun II mərhələsində qalib gələrək respublika turunda iştirak etmək hüququ qazanıblar.


Açar sözlər: ,  ,