27.03.2019

"Ən yaxşı təqdimat" müsabiqəsinin şəhər turu keçirilib

    Sumqayıt Şəhər Təhsil Şöbəsində ümummilli lider, dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər turu keçirilib.

    Müsabiqədə şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

    “Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H.Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.

    Qeyd edək ki, müsabiqənin qalibi aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.


Açar sözlər: ,  ,