Martın 6-da Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları "Azərkimya" istehsalat birliyinin təşkilatçılığı ilə "8 Mart - Beynəlxalq qadınlar günü"nə həsr edilmiş bilik yarışında iştirak ediblər. İştirakçıların xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən "Breyn-rinq" yarışları üzrə mütəxəssislərin idarəçiliyi ilə keçirilən bilik yarışında Sumqayıt şəhər Təhsil Şöbəsinin komandası finala qədər yüksələrək III yerə layiq görülüb.
Qeyd edək ki, yarışda Sumqayıt şəhər Təhsil Şöbəsi, Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzinin, YAP Sumqayıt şəhər təşkilatının, FHN Sumqayıt Regional Mərkəzinin, S.Vurğun adına Sumqayıt şəhər mərkəzi kitabxanasının, Bakı şəhər 179 nömrəli tam orta məktəbin, Sumqayıt Dövlət texniki kollecinin, "Asan xidmət" Mərkəzinin, Sumqayıt şəhər Gənclər evinin komandaları da daxil olmaqla 20 komanda mübarizə aparıb. Qalib komandalar fəxri diplomlar və pul mükafatı ilə təltif olunub.