eTwinning layihəsi çərçivəsində Türkiyədən Ayşe Tokur 2F sinif şagirdləri Azərbaycanlı şagirdlərə məktublar göndəriblər. Beləki, Ankara - Yeni Mahalle Ayşe Tokur İlkokulu 2F sinfi ile Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin 2C sinfi tanımadığı yaşıdları ile məktublaşaraq bütün xəyallarını bölüşmək, duyğu və düşüncələrini ifadə etməkdə çətinlik çəkməmək, oxuma, yazma bacarıqlarını inkişaf etdirmək, fərqli dostluqlar qazanmaq və Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarını daha da qüvvətləndirmək üçün eTwinning "Yarın ki Mektup Arkadaşınla Bugün Tanış" layihəsi çərçivəsində məktub dostluğuna başlayıb.
Türkiyəli şagirdlər ilk məktublarını 22.02.2019 tarixdə Sumqayıtdakı məktəbli dostlarına göndəriblər. Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin 2C sinif şagirdləri sinif rəhbəri Sevinc Əsədovanın təşəbbüsü ilə ilk cavab məktublarını fevralın 22-də böyük həyəcanla yola salıblar.