Fevralın 21-də Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin qalibləri olan Sumqayıt məktəblərinin şagirdləri ilə görüş keçirib. Görüşdə şagirdlər qalib layihələri barədə məlumat veriblər. Layihələr görüş iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, "Sabahın alimləri" VIII Respublika müsabiqəsində ilkin mərhələdə Sumqayıt şəhər ümumtəhsil müəssisələrindən 86 şagird iştirak edib. Respublika mərhələsinə keçmiş 34 layihədən 9-u 1, 2 və 3-cü yerlərə layiq görülüb. Sumqayıt məktəblərinin qalibiyyət sırası aşağıdakı kimi olub:
- Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin şagirdi Sevinc Aşurova və 37 nömrəli tam orta məktəbin şagirdi Nicat Ağayevin "Təmiz ev, məhsuldar torpaq sağlam gələcəyimizin təminatıdır" birgə layihəsi I yer;
- Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdləri Firəngiz Süleymanova və Nəsibə Məmmədlinin "ThermoNorth" adlı layihələri I yer;
- Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Murad Ramazanlının "Ürəyin ilkin diaqnostikası üçün touch panel (Kardioskop)" layihəsi II yer;
- Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdləri Toğrul Rəhimli və Orxan Həsənlinin "Nəqliyyat vasitələrinin tullantillarina yox deyirik" adlı birgə layihəsi II yer;
- Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdləri Məhəmməd Kərimli və Rafael Qənbərovun "Морские продукты на пользу народу" layihəsi II yer;
- Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdləri Ayan Abdulova və Məğrur Rzayevin "PictoFy" layihəsi II yer;
- Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Aytac Əliyevanın "Düşməni yanıltmaq məqsədi ilə 3 D üslubda hazırlanan döyüş səhnəsi" layihəsi II yer;
- Sumqayıt şəhər İstedad liseyinin şagirdləri Sərxan Qasımov və Arzu Əhmədovanın "Təbiətdən laboratoriyaya inteqrasiya" layihəsi II yer;
- Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Riyad Əlipaşalının "Fortepianonun notların səs tembrinin dəyişdirilməsi" layihəsi III yer.