12.02.2019

"Yol hərəkəti qaydaları" müsabiqəsi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının 7.4.2.2-ci bəndində Uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydasının hazırlanması, belə yerlərin ölkənin müxtəlif ərazilərində yaradılması işinin təşkili qeyd olunub.

    Bu məqsədlə Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər-İnkişaf Mərkəzində Sumqayıt məktəbləri arasında "Yol hərəkəti qaydaları" müsabiqəsinə start verilib. Müsabiqəyə 20 məktəb qoşulub.

    Müsabiqənin "Yol hərəkəti qaydalarına aid ən yaxşı divar qəzeti"nin seçilməsi üzrə I mərhələsi keçirilib. Bu mərhələdə Sumqayıt şəhər İstedad və Təfəkkür liseyləri, Təbiət elmləri təmayüllü gimnaziya, 1, 11 və 31 nömrəli tam orta məktəblərin komandaları fərqləniblər.


Açar sözlər: