11.12.2018

Sumqayıt məktəbliləri "Xəmsə" milli intelektual oyununda

    Dekabrın 11-də “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının final mərhələsi keçirilib. Final mərhələdə iştirak edən Sumqayıt şəhər texniki və təbiət elmlər liseyinin "Excalibur" komandası 3 yer tutaraq "Xəmsə" yarışları üzrə ilk dəfə Sumqayıt şəhərinə kubok gətiriblər.

   Artıq beynəlxalq xarakter daşıyan “Xəmsə” yarışları dünyanın 18 ölkəsinin 52 şəhərində keçirilir. “Xəmsə” yarışlarının ən gənc oyunçusunun 7, ən yaşlı oyunçunun isə 70 yaşı var. Bu layihə üzrə yeniyetmə və gənclər arasında birincilik və ölkə çempionatları ilə yanaşı, müxtəlif tematik yarışlar və dünya çempionatı da keçirilir.

    Azərbaycanda “Xəmsə” milli intellektual oyunu mütəmadi qaydada hər il keçirilir. Bu ilki yarışda 22 şəhər və rayondan 32 komanda oyuna qatılıb.


Açar sözlər: ,