Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Aliyə Əhmədova AWİTA mükafatının qalibi elan olunub.
AWİTA mükafatı - Azərbaycan qadınlarının müxtəlif sahələrdə İKT-nin inkişafına verdiyi töhfəyə görə təqdim olunan mükafatdır. Bu il mükafata Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Asan Xidmət", Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA universiteti və STEP İT Akademiyası dəstək verib.
Müsabiqəyə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə 11 nominasiya üzrə qaliblər müəyyən edilib. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin fizika-informatika müəllimi Aliyə Əhmədova ilin innovativ müəllimi elan olunub.